Nigeriya təyyarələri “Boko Haram” qruplaşmasının təlim düşərgələrinə hava zərbələri endirib

00:32 20 Fevral 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 00:22 ]


Bakı-APA. Nigeriyanın Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarələri “Boko Haram” terror qruplaşmasının təlim düşərgələrinə hava zərbələri endirib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, zərbələr həmçinin qruplaşmanın silah-sursat anbarına və nəqliyyat vasitələrinə  endirilib.

 

Hərbçilər hava hücumu nəticəsində çoxlu sayda terrorçunun məhv edildiyini bildirir.

 

 

Bundan əvvəl Nigeriya ordusu ölkənin 11 yaşayış məntəqəsində 300-dən çox terrorçu məhv etdiyini elan etmişdi.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR