Masallıda sahibkara 20 min manat ziyan dəyib

Masallıda sahibkara 20 min manat ziyan dəyib
00:34 20 Fevral 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 19-da saat 21.00 radələrində şəhərin 20 Yanvar küçəsində yerləşən aptekdə qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 60 kvadratmetr olan aptekin 40 kvadratmetr ərazisi içindəki dərman pereparatları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.  İlkin hesablamalara görə, aptekin sahibi olan Əhməd Rüstəm oğlu Zamanova 15-20 min manat məbləğində maddi ziyan dəyib.

 

Hadisənin başvermə səbəbləri aparılan ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/193992

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR