"Napoli" "Trabzonspor"a divan tutdu

"Napoli" "Trabzonspor"a divan tutdu
00:41 20 Fevral 2015
98 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının ardınca Avropa Liqasında da fasilə başa çatıb və mübarizə yenidən başlayıb. ANS PRESS-in məlumatına görə, bu gecə turnirin 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

Türkiyənin "Trabzonspor" klubu İtaliya "Napoli"sini qəbul edib. "Beşiktaş" isə İngiltərədə "Liverpul"un qonağı olub.

Qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "İnter" səfərdə "Seltik"lə qarşılaşıb. Ağdam klubunun digər rəqiöbi "Dnepr" isə "Olimpiakos"u qəbul edib.

Avropa Liqası
1/16 final
İlk oyunlar

19 fevral
Olborq (Danimarka) - Brügge (Belçika) 1:3
Qollar: Niklas Helenius, 71-pen - Mamadu Obbi Oulare, 25. Lior Refaelov, 30. Kennet Petersen, 61 (avtoqol).

Roma (İtaliya) - Feyenoord (Hollandiya) 1:1
Qollar: Gervinyo, 22 - Kolin Kazım, 55.

Dnepr (Ukrayna) - Olimpiakos (Yunanıstan) 2:0
Qollar: Jaba Kankava, 51. Ruslan Rotan, 55.

PSV (Hollandiya) - Zenit (Rusiya) 0:1
Qol: Halk, 64.

Torino (İtaliya) - Atletik (İspaniya) 2:2
Qollar: Maksi Lopez, 18; 42. - İnaki Vilyams, 9. Benat Etksebarria, 73.

Trabzonspor (Türkiyə) - Napoli (İtaliya) 0:4
Qollar: Buss Henrike, 6. Qonzalo Hiquayn, 20. Manolo Qabbiadini, 27. Duvan Zapata, 90+2.

Volfsburq (Almaniya) - Sportinq (Portuqaliya) 2:0
Qollar: Bas Dost, 46; 63.

Yanq Boyz (İsveçrə) - Everton (İngiltərə) 1:4
Qollar: Guillaume Hoarau, 10 - Romelu Lukaku, 24; 39; 58. Seamus Koleman, 28.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=327111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR