Bakı.Anaxanım Hidayətova – APA. ABŞ tərəfinin təşəbbüsü ilə ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub. APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat yayılıb.
Bayram təbrikləri ilə yanaşı, tərəflər İsrail-Fələstin münaqişəsinin nizamlanması, Suriyada yaranmış vəziyyət, habelə Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparıblar. Xarici siyasət idarələrinin başçıları həm də ikitərəfli münasibətləri müzakirə ediblər.