Lənkəran-Lerik yolunda təhlükə (VİDEO)

Lənkəran-Lerik yolunda təhlükə (VİDEO)
01:01 20 Fevral 2015
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Yağıntılı hava şəraiti səbəbindən Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib. Nəqliyyatin hərəkətində çətinliklər yaranıb. Ən gərgin vəziyyət yolun 17-19 və 29-30-cu kilometrliyində yaşanır.

ANS TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, Lənkəran-Lerik yolunda ən gərgin vəziyyət hal-hazırda yolun 29-30-cu km-ləri arasında yaşanır. Bu hissədə yol yağıntılar nəticəsində uçquna məruz qaldığından hazırda məcburi qaydada nəqliyyatın hərəkətini tənzimləmək üçün dağın içərilərinə doğru 10 metr məsafədə genişlənmə aparılır.

Yolun 17-19-cü km-ləri arasında da vəziyyət ürəkaçan deyil. Son günlərdə düşən intensiv yağıntı ərazidə sürüşməni yenidən aktivləşdirib. Yola tökülən torpaq-gil qatını kənarlaşdırmaq məqsədilə bu gün səhər saatlarında yolda nəqliyyatın hərəkəti qısa müddət ərzində dayandırılıb. Hazırda 43 saylı Lerik yol istismar idarəsinin texnikası gün boyu yolun təmizlənməsini həyata keçirsə də, vəziyyət gərgin olaraq qalmaqdadır. Yaranan vəziyyətsə sürücüləri ciddi narahat edir.

Ərazinin təmirinə cavabdeh qurum olan 43 saylı Lerik yol istismar idarəsinin rəisi Elxan Əliyev son günlər düşən intensiv yağıntı səbəbindən baş verən sürüşmələrə görə qurumun fasiləsiz iş rejiminə keçdiyini Lerik üçün həyat əhəmiyyətli yolun əsaslı təmirə ehtiyacı olduğunu bildirdi.

Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətində də narahatdırlar. Rayon FHK sədri Habil Məlikov yeni alternativ yolun vacib olduğunu bildirib.

Mənbə
ANS TV: Esmira İsmayılova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=327102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR