Qardabanidə Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

01:07 20 Fevral 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 00:48 ]


Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Qardabani şəhərində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Xocalı faciəsinə həsr olunan tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) nəzdində fəaliyyət göstərən gənclər şöbəsinin dəstəyi, Qardabanidə fəaliyyət göstərən Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının (GGYMT) təşkilatçılığı ilə keçirilib. Tədbirdə gürcü və azərbaycanlı gənclər, ziyalılar, ictimaiyyət nümayəndələri, KİV və QHT nümayəndələri, din xadimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan GGYMT sədri Musa Hacıyev faciə haqqında iştirakçılara ətraflı məlumat verərək qətliam nəticəsində həlak olan şəhidlərin ruhunu bir dəqiqəlik sükutla anılmasını təklif edib. “Xocalıya Ədalət” kampaniyasından söz açan AMM-Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva bu kampaniyanın əhəmiyyətindən, gənclərin bu istiqamətdə məlumatlandırılmasının vacibliyindən danışaraq, Xocalıya ədalətin bərqərar olunması üçün təbliğatın və lobbiçilik siyasətinin vacib olduğunu vurğulayıb: “Gürcüstan dövlətinin də ərazi bütövlüyü pozulub, hər iki ölkə işğaldan əziyyət çəkir, biz bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq”, deyə Nərgiz Əliyeva qeyd edib.

 

Sonra Qardabani Bələdiyyəsinin sədr müavini Rəfi Orucov Azərbaycan xalqının başına gətirilmiş bu faciənin dünya səviyyəsində təbliğ olunmasını və bir soyqırım kimi tanıdılması barədə fikirlərini bölüşüb. Tədbirdə Şərqi Gürcüstan Müftisi Hacı Yasin Əliyev isə çıxış edərək bu qətliamın sadəcə xocalılara deyil, bütün dünya azərbaycanlılarına və türk dünyasına qarşı törədildiyini vurğulayıb. Daha sonra tədbirdə Türkiyə Mərmərə Universitetinin tarix fakültəsinin tələbəsi Cəfər Mustafayev, SALAM Vəqfinin sədri İrakli Artmeladze, Qardabani 3 saylı məktəbin direktoru Zabit Hüseynov, Kosalı açıq məktəbinin direktoru Mahmud Mehdiyev və başqaları çıxış ediblər.

 

 Tədbirin sonunda Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı sənədli film nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR