General-polkovnik Elçin Quliyev Misirdə görüşlər keçirib

General-polkovnik Elçin Quliyev Misirdə görüşlər keçirib
01:16 20 Fevral 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 17-20-də Misirdə səfərdə olub.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Misir Ərəb Respublikası Silahlı Qüvvələrinin Baş komandanı, müdafiə və hərbi sənaye naziri general-polkovnik Sidqi Subhi, daxili işlər naziri Məhəmməd İbrahim, hərbi sənaye üzrə Dövlət naziri İbrahim Yunis, Sərhəd Mühafizəsi Qüvvələrinin komandanı general-mayor Əhməd İbrahim ilə görüşlər keçirib.

Görüşlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, təhlükəsizlik sahəsində Azərbaycan ilə Misirin müvafiq qurumları arasında əlaqələrin, o cümlədən hərbi-texniki istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Dövlət Sərhəd Xidmətinin nümayəndələri səfər müddətində Misirin Təhlükəsizlik və Sərhəd mühafizəsi sistemi, aidiyyəti strukturların fəaliyyəti, maddi-texniki imkanları ilə tanış edilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Mənbə
AzərTac



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR