Sonuncu ukraynalı hərbçi Debaltsevonu tərk edib

01:52 20 Fevral 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 01:49 ]

Bakı-APA. Ukrayna hərbçilərinin hamısı Debaltsevonu tərk edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ykrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

 

Məlumata görə, müvafiq məlumatı prezident Pyotr Poroşenkoya telefon bağlantısı vasitəsilə “C” sektorunun qərargah rəisi məruzə edib.

 

“Mən bizim qoşunların mütəşəkkil qaydada Debaltsevodan  çıxmasına nəzarət edərək şəhəri sonuncu tərk etdim”, deyə “Taran” çağırış adı olan polkovnik bildirib.

 

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi 90 əsgərin separatçılar tərəfindən əsir götürüldüyünü billdirib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373437

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR