Bayram günlərində təcili yardım stansiyasına daxil olan müraciətlərin sayı artıb

11:22 2 Yanvar 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 11:19 ]

Bakı. Könül Kamilqızı – APA. Bayram günlərində (31 dekabr və 1 yanvar tarixlərində) Bakı Şəhər Təcili və Təxirəsalınmaz  Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, adi günlərdə təcili yardım stansiyasına 1700-1800 civarında müraciət daxil olurdusa, dekabrın 31-i və yanvarın 1-də müraciətlərin sayı 2000-ə yaxın olub.

 

O. Şahmalıyev bildirib ki, çağırışlar adi günlərdə olduğu kimi, əsasən ürək-damar xəstəlikləri ilə bağlı olub: “Bayram günlərində tibb müəssisələri, poliklinikalar fəaliyyət göstərmir. Bunun nəticəsində də insanlar əsasən təcili yardıma müraciət edir. Bu günlərdə müraciətlərin sayı artıb. Bayram günlərində təcili yardıma daxil olan 2000-ə yaxın müraciətdən 200-ü uşaqlarla bağlı olub”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR