Özgecan cinayətindən sonra YÖK qərar dəyişir

Özgecan cinayətindən sonra YÖK qərar dəyişir
02:46 20 Fevral 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən həftə Türkiyədə gecə vaxtı dərsdən çıxıb evə gedərkən Özgecan Aslan adlı tələbənin cinayətə qurban getməsindən sonra YÖK (Ali Təhsil Qurumu) sədri Yekta Saraç dərs vatlarından dəyişiklik olacağını açıqlayıb. ANS PRESS-in məlumatına görə, sədr bu barədə sosil şəbəkədəki səhifəsində açıqlama verib. Sədr, əsasən son baş vermiş hadisəyə görə də bu məsələni yenidən müzakirə edəcəklərini açıqlayıb.

“Sosial şəbəkə, e-mail və fax vasitəsilə bizə yazan xüsusilə qız tələbələrimiz son baş verən verən cinayətin də təsiri ilə ikinci növbə dərs vaxtlarının başlama və qurtarma vaxtlarının dəyişdirilməsini istəyirlər. bu tələblər istiqamətində mövzunu yenidən müzakirə etməyə qərar verdik. Məsələnin, ikinci növbədə təhsil alan tələbələrimizdən bəzilərinin işləyən şəxslər olması kimi başqa tərəfləri də var. Bununla yanaşı öncəliyimiz tələbələrimiz və onların rahat təhsil ala bilmələridir. Qısa vaxt ərzində bu istiqamətdə yeni qərarlar qəbul edəcəyimizi ümid edirəm”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=327122

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR