Bakı, 20 fevral, AzərTAc
Türkiyənin “Dənizlispor” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
AzərTAc xəbər verir ki, Azərbaycan futbolçusu Rail Məlikovun da yer aldığı komandanı bundan sonra Mehmet Altıbarmaq çalışdıracaq. O, bir neçə gün əvvəl ardıcıl məğlubiyyətlərdən sonra istefa vermiş Əngin İpəkoğlunu əvəzləyib.
Qeyd edək ki, “Dənizlispor” hazırda PTT 1-ci liqasında 18 komanda arasında 17 xalla 16-cı sırada qərarlaşıb.