“Feyenord”un azarkeşləri Romada məşhur meydanı dağıdıblar

“Feyenord”un azarkeşləri Romada məşhur meydanı dağıdıblar
02:53 20 Fevral 2015
58 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı,20 fevral, AzərTAc
UEFA Avropa liqasının 1/16 final mərhələsinin “Poma”- “Feyenord” qarşılaşmasını izləmək üçün İtaliya paytaxtına gələn hollandiyalı azarkeşlər şəhərin tarixi meydanlarından birini dağıdıblar. Uzun sürən bərpadan sonra yenicə açılmış tarixi “Londoçka” fəvvarəsi də zədələnib.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, oyun ərəfəsində Pomada 13 nəfər – 10 polis əməkdaşı və üç azarkeş xəsarət alıb. İğtişaşlarda ümumilikdə 118 nəfərin iştirak etdiyi, 23 nəfərin həbs olunduğu bildirilir. Qonaqların bu hərəkətləri Poma hakimiyyət orqanlarını hiddətləndirib. Yeni toqquşmalardan ehtiyatlanan şəhər rəhbərliyi asayişin qorunmasına 1,3 min polis işçisi cəlb edib.
Qeyd edək ki, bir qədər əvvəl başa çatan “Poma”- “Feyenord” oyunu 1:1 hesabı ilə nəticələnib. Cavab görüşü fevralın 26-da Niderlandda keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Feyenordun_azarkesleri_Romada_meshur_meydani_dagidiblar-833558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR