Avropa Liqasının 1/16 final oyunları keçirilib - NƏTİCƏLƏR

Avropa Liqasının 1/16 final oyunları keçirilib - NƏTİCƏLƏR
02:57 20 Fevral 2015
78 İdman
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 02:28 ]

Bakı-APA. Avropa Liqasının 1/16 final mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, turun bütün görüşləri eyni gündə baş tutub.

 

Qardaş ölkə Türkiyənin turnirdə mübarizə apardığı klublarından “Trabzonspor” doğma publika önündə, “Beşiktaş” isə səfərdə meydana çıxıb.

 

Belə ki, Qara dəniz təmsilçisi İtaliya “Napoli”sini qəbul edib. Qarşılaşmada Neapol klubu trabzonlulara divan tutub - 0:4.

 

İstanbul nəhəngi isə İngiltərədə “Liverpul”un qonağı olub. “Qara qartallar” da oyundan məğlub ayrılıb. Lakin Slaven Biliçin yetirmələri “Trabzonspor”dan fərqli olaraq, qapısından 1 top buraxıb. Qarşılaşmanın 84-cü dəqiqəsində italiyalı hücumçu Mario Balotellinin penaltidən vurduğu qol “Liverpul”a qələbə qazandırıb.

 

Qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olmuş “Dnepr” evdə Yunanıstan təmsilçisi “Olimpiakos”a 2:0 hesabı ilə qalib gəlib. “İnter” isə səfərdə “Seltik”lə qollu heç-heçə edib – 3:3.

 

 

Avropa Liqası

1/16 final, ilk oyunlar

19 fevral

"Olborq" (Danimarka) - “Brügge” (Belçika) - 1:3

Qollar: Helenyus, 71-pen - Oulare, 25, Refaelov, 29. Petersen, 61-avtoqol

 

“Roma” (İtaliya) - “Feyenoord” (Hollandiya) - 1:1

Qollar: Cervinyo, 22 - Kazım, 55

 

“Dnepr” (Ukrayna) - “Olimpiakos” (Yunanıstan) - 2:0

Qollar: Kankava, 51, Rotan, 55

 

 PSV (Hollandiya) – “Zenit” (Rusiya) - 0:1

Qol: Hulk, 64

 

“Torino” (İtaliya) – “Atletik” (İspaniya) - 2:2

Qollar: Lopes, 18; 42 – Villiams, 9, Qurpeqi, 73

 

"Trabzonspor” (Türkiyə) – “Napoli” (İtaliya) - 0:4

Qollar: Henrike, 6, İquain, 20, Qabbiadini, 27, Zapata, 90+2

 

"Volfsburq" (Almaniya) – “Sportinq” (Portuqaliya) - 2:0

Qollar: Dost, 47; 63

 

"Yanq Boyz" (İsveçrə) – “Everton” (İngiltərə) - 1:4

Qollar: Hoarau, 10 - Lukaku, 24; 39; 58, Koleman, 28

 

“Ayaks” (Hollandiya) – “Legiya” (Polşa) - 1:0

Qol: Milik, 34

 

“Anderlext” (Belçika) – “Dinamo” M (Rusiya) - 0:0

 

“Seltik” (Şotlandiya) “İnter” (İtaliya) - 3:3

Qollar: Armstronq, 24; 25, Quydetti, 90+3 - Şaqiri, 4, Palasio, 13; 45

 

"Genqam" (Fransa) – “Dinamo” K (Ukrayna) - 2:1

Qollar:  Biuvue, 72, Diallo, 75 - Veloso, 19

 

“Liverpul” (İngiltərə) – “Beşiktaş” (Türkiyə) - 1:0

Qol: Balotelli, 84-pen

 

“Sevilya” (İspaniya) – “Borussiya” M (Almaniya) - 1:0

Qol: İborra, 70

 

“Tottenhem” (İngiltərə) – “Fiorentina” (İtaliya) - 1:1

Qollar: Soldado, 6 - Basanta, 36

 

“Vilyarreal” (İspaniya) - "Zalsburq" (Avstriya) - 2:1

Qollar: Uçe, 32, Çerışev, 54 – Soriano, 48-pen


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR