Pyotr Poroşenko Ukraynaya Avropa İttifaqının hərbi ekspertlərini dəvət edib

Pyotr Poroşenko Ukraynaya Avropa İttifaqının hərbi ekspertlərini dəvət edib
03:52 20 Fevral 2015
61 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 03:27 ]

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqına əlaqələndirmə və nəzarət üzrə ümumi mərkəzin işində iştirak etmək üçün ölkəyə hərbi ekspertlərdən ibarət missiya göndərməyi təklif edib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin saytında dərc olunmuş məlumatda bildirilir.

 

Məlumata görə, Pyotr Poroşenko Aİ Şurasının prezidenti Donald Tusk ilə telefon danışığı zamanı  Donbasdakı vəziyyəti müzakirə edib.   

 

Ukrayna lideri D.Tuska bildirib ki, Kiyev ölkəyə sülhməramlı kontingentin göndərilməsi xahişi ilə BMT Təhlükəsizlik Şurasına və Aİ Şurasına müraciət etməyi qərara alıb.  

 

Poroşenko  Rusiyanın sülhməramlı kontingentdə iştirakını istisna edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR