İŞİD-çilərin pozğunluğu

İŞİD-çilərin pozğunluğu
04:01 20 Fevral 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada yerli jurnalistlərdən ibarət “Raqqa Is Being Slaughtered Silently” (Raqqa səssizcə qətl edilir) təşkilatı İŞİD terror qruplaşmasının fəaliyyəti haqqında yeni hesabat yayımlayıb.

ANS PRESS-in məlumatına görə, hesabatda İŞİD yaraqlılarının həyat yoldaşlarını və girov götürdükləri qadınları anormal fantazilayarı zamanı istifadə etdikləri bildirilir.

Həmin qadınlara seksual alt paltarları geyindirən İŞİD-çilər özləri cinsi qüvvəni artıran həblər qəbul etdikdən sonra onlar üzərində bir sıra fantaziyalar həyata keçirirlər.

Qadınlara min bir əzab verən İŞİD yaraqlılarının vəhşi və anormal hərəkətlər etdiyi, dinin adına xələl gətirməkdə davam etdikləri, din profilindən çox uzaq olduqları deyilir.

Pozğun əməlləri ilə qadınları məcburi cinsi münasibətə təşviq edən yaraqlılar qadınların bədənlərində zorakı hərəkətlərindən izlər də qoyurlar. Bu barədə xəstəxana sənədlərində açıqlanıb.

“Bəziləri 9 yaşında olan uşaqlar da daxil olmaq üzrə bir çox qadın İŞİD yaraqlılarına satılır və seks köləsi kimi istifadə edilir. Yaraqlılar komandirlərinin istəyi ilə bir çox qadını da onlarla evlənməyə məcbur edir. Evliliyin səbəbi isə xüsusilə xarici döyüşçüləri regiona cəlb etməkdir” – deyə dəhşətli hesabatda bildirilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR