ABŞ: İsrail İran danışıqlarına dair məlumatları təhrif edir

04:22 20 Fevral 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 03:59 ]

Bakı-APA. ABŞ İsraili Tehranın mövqeyini təhrif etmək məqsədilə İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlara dair məlumatları seçmə yolu ilə ictimaiyyətə təqdim etməkdə ittiham edib.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Ağ Evin nümayəndəsi Coş Ernest bildirib ki, İsrail məlumatı kontekstdən qoparıb ictimaiyyətə təqdim edir.  

 

“Şübhə yoxdur ki, israillilərin danışıqlarda bizim mövqe barədə dedikləri bəzi şeylər heç də doğru deyil”, deyə o bildirib.   

 

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu bundan əvvəl çıxışında İsrailin “dövlətin gələcəyinə və təhlükəsizliyinə kölgə sala biləcək zərərli və təhlükəli sövdələşməni pozmaq üçün əlindən gələni əsirgəməyəcəyini” qeyd etmişdi.  

 

İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti raundu fevralın 20-nə planlaşdırılıb.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR