Virus bir gündə 5 nəfəri öldürdü

Virus bir gündə 5 nəfəri öldürdü
04:46 20 Fevral 2015
101 Sosial
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında SARS epidemiyasının növlərindən olan “Korona” virusu tüğyan edir.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin internet səhifəsindən verilən açıqlamada ölkənin şərqindəki Əl-Xəbər şəhərində 2, Beridədə 2, paytaxt ər-Riyadda 1 nəfər olmaqla son 1 sutkada virus səbəbilə 5 nəfərin dünyasını dəyişdiyi deyilir.

Açıqlamada 2015-cil ilin girişindən bəri ilk dəfə gün ərzində bu qədər itkinin olduğu qeyd edilir.

Bundan başqa, xəstəliyin 2012-ci ilin sentyabrından yayıldığı, virusa yoluxanların 897 olduğu, onlardan 377-nin öldüyü, 486-nın yaxşılaşdığı, 32 nəfərin isə müalicəsinin davam etdiyi açıqlamada yer alan məlumatlar arasındadır.

Xatırladaq ki, "Korona" virusuna yoluxma halı İran və Türkiyədə qeydə alınıb. Türkiyədə ötən il oktyabrın 24-də ilk dəfə "Korona" virusundan ölüm faktı aşkarlanıb. Xəstəliyin bu ölkələrə Səudiyyə Ərəbistanına ziyarətə getmiş zəvvarlar vasitəsilə gətirildiyi bildirilir. Bu virus ağciyəri, böyrəkləri sıradan çıxarır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=327129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR