Azərbaycan yığması yunan-roma güləşi üzrə dünya kuboku yarışlarının finalına vəsiqə qazanıb

05:22 20 Fevral 2015
120 İdman
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 04:43 ]

Bakı-APA. Fevralın 19-da Tehranda yunan-roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışlarına start verilib.

APA-nın məlumatına görə, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə “A” qrupunda mübarizə aparırlar. “B” qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları çıxış edir.

 

Yarışda baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərliyi altında 12 güləşçimiz təmsil olunub.

 

Azərbaycan yığması İran komandasına 6:2, Almaniya millisinə və İsveç yığmasına isə 7:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

 

 

Xatırladaq ki, ötən ilki yarışda Azərbaycan yığması ilk dəfə olaraq üçüncü yeri tutmuşdu.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR