Sərhəd kəndlərinin sosial problemləri həll edilir

05:38 20 Fevral 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+


Tovuz, 20 fevral, AzərTAc
Tovuz rayonunun sərhəd kəndlərində sosial problemlərin həlli istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, ötən il Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyinin xətti ilə Əlibəyli, Hacallı, Ağdam, Koxa Nəbi və Ağbulaq kəndlərində bir sıra sosial layihələr icra olunub. Münaqişədən zərər çəkən bütün evlərin sahiblərinə tikinti materialları verilib, evləri yararsız hala düşmüş 21 sakin üçün isə yeni evlər inşa olunub.
Bundan əlavə, kənd sakinlərini düşmən gülləsindən qorumaq məqsədi ilə 1400 metr uzunluğunda istinad divarları çəkilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Serhed_kendlerinin_sosial_problemleri_hell_edilir-833561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR