Yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazdı

Yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazdı
05:39 20 Fevral 2015
877 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 19-da Tehranda yunan-roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışlarına start verilib.

 

Lent.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi xəbərə görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edir. Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə “A” qrupunda mübarizə aparırlar. “B” qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları çıxış edir.

 

Yarışda baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərliyi altında 12 güləşçimiz təmsil olunub.

 

Azərbaycan yığması İran komandasına 6:2, Almaniya millisinə və İsveç yığmasına isə 7:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Qeyd edək ki, bu nəticə ilə yunan-Roma güləşi üzrə yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.

 

 

 Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşacaq. Final görüşü 20 fevral saat 18:00-da başlayacaq. İran və Türkiyə yığmaları isə 3-cü yer uğrunda görüşə çıxacaq.

 

Xatırladaq ki, ötən ilki yarışda Azərbaycan yığması ilk dəfə olaraq üçüncü yeri tutmuşdu.






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194002

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR