Bakıda 26 yaşlı gənc yol qəzasının qurbanı oldu

Bakıda 26 yaşlı gənc yol qəzasının qurbanı oldu
06:36 20 Fevral 2015
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qara Qarayev prospektində baş vermiş avtoqəzanın yolların qaranlıq olması səbəbindən meydana gəldiyi deyilir.

Müəyyən edilib ki, paytaxt sakini 26 yaşlı Babayev Nicat Arif oğlu yolu keçmək istəyərkən yaxınlaşmaqda olan “Mercedes” markalı avtomobilin zərbəsinə tuş gəlib. Ağır bədən xəsarətləri olan Nicat Babayev təcili yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlərin yardımına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Açıq kəllə beyin travması diaqnozu ilə xəstəxanaya gətirilən Nicatın xəsarətlərinin ağır olduğu bildirilir.

Yol qəzasının təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır. Artıq fakt üzrə cinayət işi də başlanılıb.

ANS əməkdaşının hadisə ilə bağlı idarədə nə kimi məlumatların olmasını dəqiqləşdirmək cəhdi nəticəsiz qaldı. Polis idarəsinin növbətçi hissəsindən yalnız piyadanı vuran avtomobilin markasını və cinayət işinin istintaqının müstəntiq Elmin Abdullayev tərəfindən araşdırıldığını dedilər. Bundan başqa, ortada cinayət işi olmasına baxmayaraq, sürücüsünün adı mediadan gizlədilən “Mercedes” cərimə dayanacağına aparılmayıb.
Mənbə
ANS PRESS Sərxan Kamallı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327133

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR