Ötən il bp şirkətinin ixtisaslı daimi işçilərinin 86 faizini yerli mütəxəssislər təşkil edib

Ötən il bp şirkətinin ixtisaslı daimi işçilərinin 86 faizini yerli mütəxəssislər təşkil edib
06:58 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Ötən il bp şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 min 992 nəfər olub. Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 86 faizini yerli mütəxəssislər təşkil edir ki, onların da çoxu rəhbər vəzifələrdədir.
Şirkətdən AzərTAc-a bildiriblər ki, il ərzində bp yerli mütəxəssislərə təlimlər keçirilməsini diqqətdə saxlayıb, o cümlədən Səngəçaldakı Xəzər Texniki Təlim Mərkəzində (XTTM) yerli texniklər hazırlayıb. Fəaliyyət göstərdiyi 10 il ərzində XTTM bp-nin əməliyyatçısı olduğu obyektlər üçün təqribən 900 yerli texnikə təlim keçib. Yüksək ixtisaslı bu texniklər şirkətin həm dəniz, həm də quruda əməliyyatçısı olduğu obyektlərin təhlükəsiz və etibarlı şəkildə idarə edilməsində mühüm rol oynayırlar.
Şirkət həmçinin yerli mühəndislər üçün dünya səviyyəli “Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramı”nı (NİMTP) uğurla həyata keçirir. Bu təlim proqramı azərbaycanlı neft-qaz ixtisaslı məzunlar üçün nəzərdə tutulub və gənc mühəndislərin qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək məqsədi daşıyır.
Bundan əlavə, bp-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəzləyəcək. İxtisası olmayan işçilərin isə artıq 100 faizi yerli vətəndaşlardır.
İşçilərin milliləşdirilməsi planına, həmçinin bp-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_bp_sirketinin_ixtisasli_daimi_ischilerinin_86_faizini_yerli_mutexessisler_teskil_edib-833562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR