Mətbəx sirləri: Marinə edilmiş gülkələmi - FOTO

Mətbəx sirləri: Marinə edilmiş gülkələmi - FOTO
07:05 20 Fevral 2015
160 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az gülkələminin marinə edilmə qaydasını təqdim edir.

Tərkibi: 


1 kq gülkələmi
1 yerkökü
1 şirin bibər
1 acı istiot
kərəviz kökü və ya budaqları

marinad: 

3 st. su
3/4 st. 9%-li sirkə
3/4 st. şəkər tozu
2 ç.q. duz
2 dəfnə yarpağı
dənəvər istiot

Gülkələminin budaqlarını ayırın, yuyun, 1,5 litrlik bankaya yığın. Aralarına təmizlənib doğranmış yerkökü, şirin bibər, kərəviz düzün.



Marinad üçün olan ərzağı qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndə ocaqdan götürün, bankadakı tərəvəzin üstünə tökün. Soyudun. 2 gün soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz. 



Nuş olsun! 

Resept: vk.com/vkusnenki

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/325210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR