Azərbaycan, Bakı, 20 fevral /Trend/
Gəncə sakini dəm qazından zəhərlənib.
Trend Kəpəz TV-yə istinadan xəbər verir ki, bu gecə saat 1 radələrində şəhər sakini 28 yaşlı Aytən Bayramova yaşadığı ünvanda dəm qazından zəhərlənib.
Yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilən Bayramova reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin Tibbi Yardımnan sonra xəstənin vəziyyəti stabilləşdiyinnən sonrakı mualicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]