Şəmkirdə daş sexi yanıb

Şəmkirdə daş sexi yanıb
07:48 20 Fevral 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Şəmkirdə daş sexi yanıb.

Trend Kəpəz TV-yə istinadan məlumat verir ki, ötən gün Bakı-Qazax yolunun 387-ci kilometrliyində, Şəmkir rayonu ərazisində vətandaşa məxsus daş sexində yanğın hadisəsi baş verib.

Yanğın zamanı ümumi sahəsi 1400 kvadratmetr olan daş sexində 20 kvadratmetr qurutma otağının tavanı, 5 kvadratmetr sahədə qəlib yanıb.

Daş sexinin qalan hissəsi yanğından mühafizə olunub.

Alov hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2366278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR