ABŞ polisinin qəribə elanı: Qar kraliçanı yaxalayın

ABŞ polisinin qəribə elanı: Qar kraliçanı yaxalayın
09:01 20 Fevral 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kenrukki əyalətindəki Harlan qəsəbəsi polisi sosial şəbəkədə qəribə “axtarış” elanı verib. ANS PRESS-in məlumatına görə, bölqədə havanın çox soyuq olması səbəbindən polis zarafatla “Disney” obrazı olan Qar kraliçanı (Queen Elsa) axtardığını bildirib. Yerli ictimaiyyətin təəccübünə səbəb olan elanda Qar kraliça havanı soyudan təhlükəli müqəssir kimi təqdim olunur.

“Şübhəli, “Qoy getsin” mahnısını oxuyan və axırıncı dəfə uzun mavi donla görünən bir sarışındır. Gördüyünüz kimi o, soyuq havada çox təhlükəlidir. Onu tək başınıza tutmağa çalışmayın”.

Daha sonra yazdığı mesajla zarafat etdiyini bildirən polis əməkdaşları soyuq havaya qarşı diqqətli olmaları üçün yerlilərə xəbərdarlıq edib.

Qeyd edək ki, bu il qış ABŞ-ın bir çox əyalətlərində öz sərt üzünü göstərib və bir çox yerdə havanın temperaturu hələ də sıfırın altındadır. Çikaqoda isə 1875-ci ildən sonra ən soyuq fevral ayı qeydə alınıb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=327140

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR