Aygün: “Ebru Gündeş oturub-durub dua etsin ki...”

Aygün: “Ebru Gündeş oturub-durub dua etsin ki...”
09:01 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Türkiyədə keçirilən “O səs Türkiyə” yarışmasının “çarpaz duel” mərhələlərində auditoriya seçimindən keçə bilməyən azərbaycanlı iştirakçı müsabiqənin finalı iə bağlı fikirlərini bölüşüb.

ANS PRESS-in məlumatına görə, Türkiyədə yaşayan azərbaycanlı müğənni Aygün Miyak İsmayılova ötən gecə “O Səs Türkiyə” müsabiqəsində Ebru Gündeşin komandasında yarışan Elnur Hüseynovun qalib seçilməsinə sevindiyini bildirib.

“Bütün yarışmalarda böyük haqsızlıqlar olur, amma Elnurun qazanmasına çox sevindim. Nə yaxşı ki, o haqsızlıqlar Elnur üçün keçərli olmadı. Ebru Gündeş oturub-durub dua etsin ki, bu il Elnur onu 1-ci etdi. İnşallah, yarışmadan sonra da Elnura dəstək olar” – deyə gənc müğənni ANS PRESS-ə açıqlamasında deyib.

Sonda müğənni çox sevincli olduğunu və Azərbaycanı təbrik etdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, "O səs Türkiyə"də 4-cü tura kimi irəliləyən ifaçı Mazhar Alanson və Özkanın komandasında yarışırdı.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=327117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR