“Apple” 5 ilə “bomba”nı partladacaq

“Apple” 5 ilə “bomba”nı partladacaq
09:21 20 Fevral 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

“Apple” şirkəti yeni ixtiraları ilə dünyanı təəcübləndirməkdə davam edir.

ANS PRESS-in məlumatına görə, “Apple” kompaniyasının rəhbəri Stiv Cobs ölümündən bir müddət əvvəl məşğul olduğu avtomobil istehsalı proyekti 5 ilə reallaşa bilər. Bu barədə “Wall Street” jurnalı xəbər yayıb.

Xəbərdə bildirilir ki, hazırda iki versiya üzərində iş gedir ki, onlardan biri “Tesla modellərinə oxşayan elektromobildir, digəri isə sürücüsüz idarə olunan elektromobildir.

Əgər hər şey planlaşdırlan kimi davam edərsə, smartfon istehsalı üzrə dünya lideri olan “Apple”ın bazarın hazırki sahibləri sayılan "Tesla Motors" və "General Motors" şirkətlərinə rəqib ola biləcəyi bildirilir.

Qeyd edək ki, bu barədə bir neçə il bunan əvvəl şirkətin direktorlar şurasının üzvlərindən olan Mikki Dreksler də mətbuata məlumat vermiş və o, Stiv Cobsun ölümündən qabaq “iCar” istehsal etməyi planlaşdırdığını demişdi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=327139

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR