Zərdabda törədilən dəhşətli qətlin üstü açılıb

11:37 2 Yanvar 2015
117 Digər
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 11:32 ]

Bakı. Fuad Cəfərov - APA. Zərdab rayonunda törədilmiş qətl hadisəsinin üstü açılıb. Zərdab rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 30-da rayon sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunu qətlə yetirən həmyerlisi, 1989-cu il təvəllüdlü Vüsal Ələsgər oğlu Mehrəliyev tutulub. V. Mehrəliyev ilkin ifadəsində hadisəni aralarında yaranan münaqişə zəminində törətdiyini deyib.

 

Polisdən həmçinin bildirilib ki, V. Mehrəliyev  R. Zeynalovu qətlə yetirdikdən sonra onun üz nahiyəsinə benzin tökərək yandırıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Qeyd edək ki, Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyiti başı kəsilmiş halda dekabrın 30-da səhər saatlarında rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR