Avropada müsəlman olmaq necədir? Baxın - VİDEO - FOTO

Avropada müsəlman olmaq necədir? Baxın - VİDEO - FOTO
09:42 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Avropa ölkələrində islamofobiya dalğası güclənir və müsəlmanlar ictimai yerlərdə, küçələrdə, hətta dövlət qurumlarında özlərini rahat, asudə hiss etməməyə başlayıblar.
 
Müsəlmanlara qarşı təqiblər, qıcıqlı reaksiya bir çox Avropa ölkələrində müşahidə olunur.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Avropa ölkələrində islamofobiyanın səviyyəsini anlamaq üçün misirli tələbə Həmdi Məhisen İtaliyanın Milan şəhərində sosial eksperiment keçirib.
 
O, milanlıların müsəlmanlara münasibətlərini anlamağa çalışıb.
Bir əlində Quran, digər əlində təsbeh olan Məhisenin əynində ərəblərin ənənəvi geyimi olan bəyaz burnus vardı.
Milanın mərkəzi küçələri ilə dolaşan Məhiseni yoldan ötən italyanlar təhqir ediblər.
 
Onlar misirli tələbəni görəndə "İŞİD!", "Taliban!" qışqırıblar.
Bir nəfər isə Məhisenə yaxınlaşaraq "Sənin tapançan varmı?" soruşub.
 
Həmdi Məhisenin dediyinə görə, küçələrdə dolaşdığı 5 saat ərzində italyanlar və ümumiyyətlə, yoldan ötən xristianlar onu sürəkli təhqir ediblər.
Bir neçə gün əvvəl NRG agentliyinin yəhudi reportyoru Svika Kleyen başına "kipa" qoyaraq Paris küçələrini dolaşmışdı. O da sürəkli təhqirlər eşitmiş, aşağılanmışdı.
 
Milli.Az
 




Videonu izləmək üçün şəklə klikləyin.
фото







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR