Holland azarkeşlər Romada qarşıdurma yaratdılar - FOTO

Holland azarkeşlər Romada qarşıdurma yaratdılar - FOTO
10:05 20 Fevral 2015
109 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının 1/16 final mərhələsinin “Roma”- “Feyenoord” qarşılaşmasını izləmək üçün İtaliya paytaxtına gələn holland azarkeşlər şəhərin tarixi meydanlarından birini dağıdıblar.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, uzun müddət davam edən restavrasiya işlərindən sonra yenicə açılmış tarixi “Londoçka” fəvvarəsi qarşıdurmalar zamanı zədələnib.

Oyun ərəfəsində Romada 18 nəfər – 13 polis əməkdaşı və 5 holland azarkeş xəsarət alıb.

Ümumilikdə, iğtişaşlarda 118 nəfərin iştirak etdiyi və onlardan 23-nün həbs olunduğu bildirilir. Qonaqların bu hərəkətlərindən ehtiyatlanan Roma hakimiyyət orqanları yeni toqquşmaların yaranmaması üçün asayişin qorunmasına 1,3 min polis işçisi cəlb edib.

Qeyd edək ki, “Roma”- “Feyenord” oyunu 1:1 hesabı ilə nəticələnib. Cavab görüşü fevralın 26-da Holandiyada keçiriləcək.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/325609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR