Şəmkirdə bıçaqlanma hadisəsi baş verib

10:07 20 Fevral 2015
185 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 10:04 ]


Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayonunun Zəyəm qəsəbə sakini qonşusu tərəfindən bıçaqlanıb. Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə baş verib. Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Akif İslam oğlu Aslanov qonşusu 1980-ci il təvəllüdlü Fazil Nurəddin oğlu Məhərrəmovu bıçaqlayıb. Yaralı dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

 

Məlumata görə, F. Məhərrəmov əvvəlcə özündən 20 yaş böyük A. Aslanovu yumruqlayıb buna əsəbiləşən Aslanov isə onu bıçaqlayıb.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR