Azad Rəhimov vətəndaşları bu dəfə Qusarda qəbul edəcək

Azad Rəhimov vətəndaşları bu dəfə Qusarda qəbul edəcək
10:23 20 Fevral 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Gənclər və idman naziri Azad Rəhimov fevralın 25-də Qusar rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, Mirzə Vəliyev küçəsi, Qusar Olimpiya Kompleksinin yaxınlığı) başlayacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı fevralın 20-dən 24-dək saat 09:00-dan 18:00-dək aparılacaq.

Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların Gənclər və İdman idarələri ilə əlaqə saxlamalıdırlar: Quba - 050 (055) 235-77-88, Qusar - 055 435-76-16, 070 317-24-13, Siyəzən - 055 213-94-28, 050 569-43-76, Şabran - 055 612-26-62, Xaçmaz - 050 (070) 235-77-57

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2366313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR