Qadın 60 yaşında ana oldu (FOTO)

Qadın 60 yaşında ana oldu (FOTO)
10:26 20 Fevral 2015
104 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada 60 yaşlı qadın ana olub.

ANS PRESS-in məlumatına görə, 60 yaşlı Qalina və 52 yaşlı Aleksey bu körpəni çox istəyirdilər. Belə ki, bundan sonra onların bir daha valideyn olmaq şansı olmaya bilərdi. Cütlüyün 49 sm və 2 kiloqram 800 qram çəkidə qız övladı dünyaya gəlib.

Həkimlərin sözlərinə görə, ola bilsin ki, Kleopatra Rusiyada ən gec doğulan və ən çox arzuolunan övlad olub. Qadının hansı yolla hamilə qalması haqqında danışılmasa da, həkimlər onun süni mayalanma üsulundan istifadə etdiyini güman edirlər.

Qeyd edək ki, 60 yaşlı Qalinanın 10 il əvvəl 29 yaşında oğlu ölüb. Buna görə yaşlı qadın təhlükəli də olsa, uşaq dünyaya gətirməyə razı olub. Həyat yoldaşı 52 yaşlı Alekseyin isə 27 yaşında qızı var.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=327152

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR