Sumqayıt sakinində silah və patron aşkar edilib

10:27 20 Fevral 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 10:24 ]


Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində Sumqayıt sakinindən silah və patron götürülüb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi, Cinayət Axtarış Şöbəsi və 26-cı Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Elçin Ramazan oğlu Kərimduxtdan Naqan tipli “Revolver” markalı silah və 3 ədəd 7,62 mm patron aşkar olunaraq götürülüb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR