Türkiyə sözünün üstündə dayanıb

10:28 20 Fevral 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması üçün Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün bərqərar olması üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması vacibdir.

Nazir qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bu günədək heç bir addım atmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2366310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR