Beyləqan sakini Bakıda həmyerlisini avtomobillə vurub öldürdü

Beyləqan sakini Bakıda həmyerlisini avtomobillə vurub öldürdü
10:28 20 Fevral 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Beyləqan sakini Bakıda həmyerlisini avtomobillə vuraraq öldürüb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 23 radələrində Qara Qarayev prospektində Beylaqan rayon sakini 1991-ci il təvəllüdlü Ruhin Neymətov idarə etdiyi “Mercedes” markalı avtomobillə həmyerlisi 1989-cu il təvəllüdlü Nicat Babayevi vurub.

Xəstəxanaya yerləşdirlən yaralı orada ölüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2366322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR