[ 20 Fevral 2015 10:28 ]
Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi bankının fevralın 20-nə olan rəsmi məzənnəsinə əsasən, 1 ABŞ dolları 0,7862 manat səviyyəsində qərarlaşıb.
“APA-Economics”in məlumatına görə, bu göstərici ötən gün ilə müqayisədə 0,064% artım deməkdir.
Ümumilikdə, AMB-nin məzənnə siyasətini dəyişdiyini elan etdiyi gündən, yəni fevralın 16-dan etibarən (həmin gün dolların məzənnəsi 0,7844 manat olub) dollar manata qarşı 0,23% bahalaşıb.
Bundan başqa, bivalyuta səbətində yer alan avronun məzənnəsi ötən gün ilə müqayisədə 0,38% azalaraq 0,8934 manat təşkil edib.
Məzənnə siyasəti dəyişildiyi gündən isə (həmin gün avronun məzənnəsi 0,8962 manat olub) avro manatla nisbətdə 0,31% möhkəmlənib.