Hamiləliyin 9-cu ayındadır, qılınc udur - VİDEO - FOTO +18

Hamiləliyin 9-cu ayındadır, qılınc udur - VİDEO - FOTO +18
10:32 20 Fevral 2015
132 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu tryukları təkrarlamağa çalışmayın. Çünki həyat üçün gerçəkdən də, real təhlükədir.
 
ABŞ-ın Texas ştatındakı Knoks-Siti şəhərində yaşayan 27 yaşlı Veronika Ernandes sirk ustasıdır və "qılınc udmaq"la məşğuldur. Yəni bu qadın "qılıncudan", "sword swallower"dir.
 
O, indi hamiləliyin 9-cu ayında olsa da, işinə fasilə verməyib.
 
Milli.Az Dallas Morning News-a istinadən bildirir ki, Veronika adrenalini sevdiyini və buna görə də "qılınc udmaq"dan həzz aldığını söyləyib.
"Hamiləliyimi, təbii ki, nəzərə alıram. Bətnimdəki körpəyə zərər verməmək üçün tryuku ehtiyatla, çox böyük dəqiqliklə yerinə yetirmək məcburiyyətindəyəm. Tamaşaçılar məşğuliyyətimi təhlükəli saysalar da, bu işi bildiyimdən böyük təhlükə yoxdur. Ümumiyyətlə, vücudumla elə çılğın, hətta sərsəm hərəkətlər edə bilərəm ki, ağlınıza belə, gələ bilməz".
 
Veronika Ernandes sirk şousunda "Cay Le Bayt" təxəllüsü ilə çıxış edir.
 
O, fevralın 28-də Qrand Preyrl şəhərində keçiriləcək "World Sword Swallower's Day" festivalına qatılmaq niyyətindədir.
 
Milli.Az
 



Videonu izləmək üçün şəklə klikləyin.
фото









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR