Moskvada iş adamının 195 min dollar dəyərində zümrüdü qarət olunub

10:32 20 Fevral 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 10:27 ]


Bakı - APA. Moskvanın mərkəzində hücuma məruz qalan iş adamının 13 milyon rubl (195 min dollar) dəyərində zümrüdü qarət olunub.

 

APA-nın “İnterfax”a istinadən xəbərinə görə, dünən axşam saat 23:30 radələrində üç naməlum şəxs qiymətli daşların cilalanması ilə məşğul olan firma rəhbərinə basqın edib.

 

53 yaşlı kişinin üzünə qaz balonu sıxan cinayətkarlar onun əlindəki çantanı götürərək hadisə yerini tərk ediblər. Çantada cilalanmamış zümrüdlər, planşet kompüter, firmanın möhürü və sənədləri olub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR