[ 20 Fevral 2015 10:33 ]
Bakı. Fuad Cəfərov – APA. Bakı sakinində külli miqdarda narkotik aşkar edilib.
Bakı Şəhər Baş Polsi İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Oktay Qurbanəli oğlu Eyvazovdan 10 kiloqram 500 qram marixuana aşkar olunaraq götürülüb.