Sığorta şirkətlərindən biri yol-nəqliyyat hadisələrinin interaktiv xəritəsini hazırlayıb

Sığorta şirkətlərindən biri yol-nəqliyyat hadisələrinin interaktiv xəritəsini hazırlayıb
10:47 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 10:40 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AXA Mbask” Sığorta Şirkəti korporativ sosial məsuliyyət çərçivəsində Risk Navigator – yol-nəqliyyat hadisələrinin (YNH) interaktiv xəritəsini əhalinin istifadəsinə verir.

 

Sığorta şirkətindən “APA-Economics”ə verilən məlumata görə, RİSK NAVİGATOR ilk növbədə respublikada yolların vəziyyətinin profilaktikasına və yaxşılaşdırılmasına yönəldilmiş sosial bir layihədir. Bu resurs istər paytaxtda, istər də respublikanın bölgələrində “AXA Mbask” Şirkətinin YNH-nin statistikasına əsaslanan məlumatların nəşr edilməsi və vizuallaşdırılması üçün xüsusi olaraq işlənib hazırlanıb.

 

Resursa bu ünvandan - www.axambask.az daxil olmaq olar. Şirkətin və Risk Navigator layihəsinin əsas vəzifəsi – istifadəçilərə YNH-nin konsentrasiyası yerlərini, “qəza ocaqları” adlanan yerləri aşkar etmək imkanı vermək, beləliklə sürücülərin təhlükəsizlik və marşrutlara düzəliş etmələri məqsədilə həmin yerlərdə hərəkət tərzini dəyişdirilməsinin təşkili üçün tədbirlərin görülməsinə yardım etməkdir. Hazırda layihəyə 2014-cü ildən bugünkü günə qədər baş vermiş yol hadisələri barədə məlumatlar daxil edilib.

 

Qəzaların topoqrafik təhlili şirkətin ekspertləri tərəfindən hər ay yenilənəcək. Xəritənin tətbiqi çox sadə olduğundan onun istifadəsi internet şəbəkəsinə çıxışı olan hər bir kəs üçün əlçatandır. Yaxın zamanlarda xidmətə YNH-nin növü (toqquşma, piyadanın vurulması və s.), həlak olanlar və ya xəsarət alanların sayı, hadisələrin baş vermə səbəbləri haqqında məlumatı nəzərdən keçirmək, eləcə də müəyyən vaxt müddəti ərzində statistikaya sorğu vermək imkanı kimi seçimlər də əlavə ediləcək. “AXA Mbask” ekspertlərinin fikrinə görə, yalnız maarifləndirmə məqsədi daşıyan bu sosial layihə YNH nəticəsində baş verən travmaların səviyyəsinin azalmasına və ölkənin yollarında yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artmasına səbəb olacaq.

 

Sığorta bazarının liderlərindən biri olan “AXA Mbask” sığorta şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb. Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planını həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb. Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində  “İlin sığorta şirkəti” kimi yeddi beynəlxalq  və milli mükafatlara layiq görülməsinə gətirib çıxarıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR