Obama sərt danışdı

Obama sərt danışdı
11:01 20 Fevral 2015
64 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama Vaşinqtonda başa çatan sammitdə "ekstremizmin saxta vədləri" və "İslamla heç bir əlaqəsi olmayan" terrorçu qruplaşmalarla mübarizə üçün dünyanın vətəndaş və dini liderlərini birliyə çağırıb.

ANS PRESS-in məlumatına görə, B.Obama deyib ki, terrorizm yalnız hərbi yolla dayandırıla bilməz, beynəlxalq ictimaiyyət zorakı ekstremizmi təbliğ edənlərin qarşısını almalıdır.

O, nüfuzlu müsəlmanlara müraciət edərək, onları qəddar ideologiyalardan uzaq durmağa çağırıb, terrorçu qruplaşmaların Qərbin islamla mübarizə apardığını deməsinin ağ yalan olduğunu bildirib, İŞİD-ə qarşı amansız mübarizənin davam etdiriləvəcəyinə söz verib.

ABŞ dövlət başçısı xristianlar və yəhudilərin müsəlmanlara qarşı müharibə apardığının həqiqətə uyğun olmadığını deyib.

B.Obama sünnilərin şiələrə qarşı zorakılqıları da daxil edilməklə, təriqətlərarası münaqişələrə son qoyulmasının vacibliyini önə çəkib. O, hökumətləri insanları terrorçuların sıralarına qoşulmağa vadar edən yoxsulluq və təzyiqlərlə mübarizə aparmağa çağırıb.

BMT-in baş katibi Pan Gi Mun İŞİD və "Boko Haram" kimi qrupların zorakı əməllərinin beynəlxalq sülh və təhlükəsizliyə böyük hədə olduğunu söyləyib.

Xatırladaq ki, Vaşinqtonda zirvə görüşü Birləşmiş Ştatlar və müttəfiqlərin İraq və Suriyada İŞİD-in gücləndiyi, Avstraliya, Kanada, Fransa və Danimarkada son zamanlar terror hücumların baş verdiyi vaxtda baş tutub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR