Zlatan İbrahimoviç cəzalandırıldı

Zlatan İbrahimoviç cəzalandırıldı
11:05 20 Fevral 2015
66 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç diskvalifikasiyaya məruz qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, isveçli forvard “Sent-Etyen”lə qarşılaşmadakı kobud hərəkətinin qurbanı olub.
  
Zlatan yanvarın 26-da keçirilən görüşün son saniyələrində rəqib futbolçu Romen Amumanı qəsdən vurduğu üçün sarı vərəqə almışdı. Yerli Nizam-İntizam Komitəsi Paris klubunun liderini 2 oyunluq cəzalandırıb. Bu da İbrahimoviçin martın 1-də Liqa 1, martın 4-də isə Fransa Kuboku çərçivəsində “Monako” ilə oyunları buraxacağı deməkdir.
  
Qeyd edək ki, Zlatan İbrahimoviç cari mövsümdə Fransa çempionatında 11 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/325618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR