ABŞ Rusiyanı yenə hədələdi

ABŞ Rusiyanı yenə hədələdi
11:06 20 Fevral 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

Minsk razılaşmalarına əməl etməsələr, Rusiyanı və onun dəstəklədiyi üsyançıları yeni sanksiyalar gözləyir.

ANS PRESS-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə deyib.

"Əgər Rusiya və onun dəstəklədiyi separatçılar razılaşmaları pozmağa davam edərsə, buna görə əlavə bədəl ödəməli olacaqlar. Bundan başqa, belə davranış onların bundan sonra da təcrid olunmasına gətirib çıxaracaq. ABŞ Debaltsevo və Mariupol ətrafında üsyançıların hücumlarını pisləyir. Davam edən hərbi əməliyyatlar Minsk razılaşmalarının pozulması deməkdir. Rusiya və üsyançıları dərhal hücumları dayandırmağa, ağır texnikanı geri çəkməyə və Rusiyadan Ukraynaya hərbi qüvvə və silah-sursat axınını dayandırmağa çağırırıq." - deyə, Cen Psaki bildirib.

Dövlət Departamentinin nümayəndəsi hələlik Vaşinqton tərəfindən Ukraynaya silah verilməsi barədə qərar qəbul olunmadığını da deyib.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR