"Microsoft" şəxsi məlumatların mühafizəsi ilə bağlı standart tətbiq edir

"Microsoft" şəxsi məlumatların mühafizəsi ilə bağlı standart tətbiq edir
11:23 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

“Microsoft” Korporasiyası bulud xidməti istifadəçilərinin məlumatlarının məxfiliyi ilə bağlı yeni standartı (ISO/IEC 27018 beynəlxalq standart) qəbul edib. Bu standart istifadəçilərin şəxsi məlumatlarının qorunmasını təmin etməklə, bu məlumatların reklam məqsədilə istifadəsinin qarşısını alır.

Standartlar ilk baxışdan texniki yönümlü olsa da, korporativ müştərilər üçün xüsusi praktiki əhəmiyyət kəsb edir. ISO/IEC 27018 adını almış standart Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən bulud xidmətində saxlanılan məlumatların məxfiliyi haqda vahid standartların tətbiqi məqsədilə tərtib olunub.

Britaniya Standartlar İnstitutu (BSI) “Microsoft Azure”, o cümlədən “Office 365” və “Dynamics CRM Online” xidmətlərində də standartların tətbiqinə müstəqil nəzarəti həyata keçirəcək. “Microsoft Intune” üçün analoji xidməti “Bureau Veritas” şirkəti yerinə yetirəcək.

ISO/IEC 27018 standartlarının bulud texnologiyalarında tətbiqi məlumatların mühafizəsi baxımından istifadəçiləri tam qane edəcək. Belə ki, istifadəçilər öz məlumatlarının durumu, harada saxlanması və müxtəlif resurslar arasında yerdəyişməsi haqda tam məlumatlı olacaqlar. Məlumatlar “Microsoft”un tərəfdaşlıq etdiyi təşkilatlara gərəkli olduqda, onlar haqqında məlumat ilk növbədə istifadəçilərə təqdim olunacaq. Kənar daxilolma, məlumatların itkisi və digər mümkün hadisələr barədə istifadəçilər xəbərdar olacaqlar.

Aparıcı beynəlxalq provayderlər arasında “Microsoft” Korporasiyası buludda yerləşdirilmiş “Personally Identifiable Information” (PII, identifikasiya olunmuş şəxsi məlumatı) məxfiliyinin təmin edilməsi barədə standartlarda əks olunmuş tövsiyələrin dəstəklənməsi ilə bağlı öhdəçiliyi öz üzərinə götürməklə ilkə imza atıb.

Yeni standart nəzarətin ümumi məqsəd və mexanizmlərini müəyyən etməklə yanaşı, PII-ın mühafizəsi məqsədilə ISO/IEC 29100 beynəlxalq standartlarında yer almış bulud texnologiyalarında məxfiliyin təmin olunması prinsiplərinə uyğun olaraq nəzarətin reallaşdırılması haqda təlimatı da əks etdirir. ISO/IEC 27018 standartlarının əsas ideyalarından biri də şəxsi məlumat operatorlarının nüfuzlu beynəlxalq sertifikatlaşdırma sistemləri çərçivəsində müstəqil auditin aparılma təcrübəsindən yararlanma imkanlarının olmasıdır.

İnformasiyanın saxlanması və emalında istifadə olunan metod və texnologiyalar məlumatın kənar şəxslərin əlinə keçmə ehtimalını minimuma endirəcək. Saxlanan məlumatlara “Microsoft” əməkdaşlarının girişi də mümkün olmayacaq.

“Microsoft” haqqında:

1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir.

Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2366358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR