Bakı sakinindən 10 kq-dan çox narkotik götürüldü

Bakı sakinindən 10 kq-dan çox narkotik götürüldü
11:26 20 Fevral 2015
44 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı sakinindən 10 kq-dan çox narkotik maddə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Yasamal rayon Polis İdarəsi Narkotiklə Mübarizə bölməsi və 28-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Oktay Qurbanəli oğlu Eyvazovdan 10 kiloqram 500 qram marixuana aşkar olunaraq götürülüb.

Hələlik onun həmin narkotik vasitələri hardan və necə əldə etdiyi bilinmir. Araşdırmalardan sonra narkotik vasitələrin haradan və hansı məqsədlərlə gətirildiyi məlum olacaq.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=327165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR