Bakıda Leopold Rostropoviçin xatirəsi anılacaq

Bakıda Leopold Rostropoviçin xatirəsi anılacaq
11:28 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Fevral 25-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi
ev-muzeyinin və M. Rostropoviçin Sankt-Peterburqda yerləşən arxivinin birgə təşkilatçılığı ilə tədbir keçiriləcək. Tədbir violonçelist Leopold Rostropoviçin anadan olmasının 123 illiyinə həsr olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tədbirdə respublika və beynəlxalq müsabiqələr laureatları - L. və M.Rostropoviçlərin adını daşıyan 21 nömrəli musiqi məktəbinin şagirdləri olan istedadlı musiqiçilərin ifasında maraqlı konsert proqramı səslənəcək.
Tədbirdə Sankt-Peterburq da yerləşən Rostropoviç-Vişnevskaya arxivinin baş arxivariusu olan Larisa Çirkova tədbirin qonaqlarına L.Rostropoviçin yaradıcılığı barədə onlayn məruzə ilə çıxış edəcək.
Bununla yanaşı, muzeyin fondundan olan L.Rostropoviçin həyat və yaradıcılığını əks etdirən sərgidə ilk dəfə L.Rostropoviçin Azərbaycana həsr etdiyi əsərin not əlyazması və slayd-şou nümayiş olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Leopold_Rostropovichin_xatiresi_anilacaq-833581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR