Bizi böhran gözləmir

Bizi böhran gözləmir
11:31 20 Fevral 2015
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanda iqtisadi böhran yaratmayıb. Bu, neft hasil edən ölkələrin gəlirlərinin azalmasına, neft istehlak edən ölkələrdə isə iqtisadi fəallığın artmasına və iqtisadi artım templərinin müsbət dinamizminə, inkişaf dinamizmi meyllərinin artmasına təkan verib.

ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli bildirib.

O deyib ki, Azərbaycan neft hasil edən ölkədir və 2015-ci ildə ümumdaxili məhsulun 65 faizi qeyri-neft sektorundan, 35 faizi neft sektorundan formalaşacaq. Əlbəttə, neftin dünya bazarında qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin azalmasına təsir göstərəcək. Azərbaycanın bübcəsinin 65 faizi neftlə bağlı olsa da, onun 53 faizi Neft Fondundan götürüb sığortalanmış vəsaitdir. Yalnız 12 faizə təsir göstərəcək. O da 2.3 milyard manatdır.

Onun sözlərinə görə, belə halda dünya bazarında neftin qiymətinin bir dollar aşağı düşməsi Azərbaycanın büdcəsinə 26 milyon manat təsir göstərəcək. Beləliklə, qiymət 10 dollar düşəndə 260 milyon, 20 dollar düəndə 520 milyon manat təsir göstərəcək. İnidiki durum altı ay davam etsə Azərbaycanın büdcəsinə haradasa 500 milyon manat təsir edəcək.

Ə.Məsimli vurğulayıb ki, bu proses 2015-ci ilin sonunadək davam etsə büdcəyə 1 milyard manatadək təsir göstərəcək: "21 milyard manatdan çox büdcəsi olan Azərbaycanda bu cür kəskin problem nəticəsində gəlirlərin 1 milyard manat azalması büdcənin dayanıqlılığını poza bilməz, ciddi problemlər yarada bilməz. Yenə də ölkədə maaşlar, pensiyalar və digər ödənişlər vaxtında ödənməkdə davam edəcək."
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR