Bakı-Sumqayıt yolunda təmir işləri qısa zamanda yekunlaşacaq

Bakı-Sumqayıt yolunda təmir işləri qısa zamanda yekunlaşacaq
11:33 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Bakı-Sumqayıt yolunda aparılan təmir işləri ilə bağlı fevralın 20-dən etibarən səhər saatlarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, təmir işləri Avropa Oyunlarına hazırlıq işləri ilə əlaqədardır və qısa zamanda yekunlaşacaq.
Qeyd olunub ki, Bakıda iyunda keçiriləcək beynəlxalq tədbirlə əlaqədar Moskva prospekti – 20 Yanvar tuneli, Ziya Bünyadov prospekti – 20 Yanvar dairəsi, Bakı-Sumqayıt yolu (geriyə dönməklə dairəvi yol) və Bakı-Ələt yolunun 4-cü və 14-cü kilometrində təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.
Həmçinin şəhərin mərkəzində də bəzi yerlərdə təmir və yenidənqurma işləri aparılır. İşlərin mart ayının sonuna qədər başa çatdırılması gözlənilir.
Bundan əlavə, Avropa Oyunları ilə əlaqədar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yolunun 8-ci kilometrliyində 700 metrlik məsafə də təmir olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Sumqayit_yolunda_temir_isleri_qisa_zamanda_yekunlasacaq-833583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR